Papua-Yeni Qvineyada beynəlxalq tədbirə gətirilən 284 lüks avtomobil itib
Dünyanın ən kasıb ölkələrindən olan Papua-Yeni Qvineyada beynəlxalq tədbirə gətirilən 284 lüks avtomobil itib.
"BI" xəbər verir ki, tədbirə qatılan xarici ölkə liderlərini gəzdirəcək avtomobillər arasında “Maserati”, “Bentley” kimi brend modellər də olub. Polis avtomobillərin oğurlandığını ehtimal edir. Artıq avtomobillərin axtarışına başlanılıb.
Qeyd edək ki, vətəndaşlarının 40 faizindən çoxunun gündəlik bir dollardan az gəliri olan ölkənin bahalı avtomobillər alması əhali arasında kütləvi narazılıqla qarşılanmışdı.