Sığorta

“Azərsığorta”nın portfeli “Qala Sığorta”ya ötürülüb

Prezident İlham Əliyevin fərmanı ilə bu gün ləğv edilən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinin portfeli “Qala Sığorta” şirkətinə ötürülüb.

Bu barədə “Azərsığorta”dan bildirilib.

Məlumata görə, artıq sığorta müqavilələrinin yenilənməsi və sığorta hadisələrinin tənzimlənməsi “Qala Sığorta”nın nümayəndələri tərəfindən həyata keçirilir.

Xatırladaq ki, bu ilin yanvarın 1-nə “Azərsığorta”nın yığım portfeli 28,8 milyon manat təşkil edib. Sığorta şirkəti 2023-cü ildə ümumilikdə 16,6 milyon manat ödəniş edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)