Elm və Texnologiya

Amazon, OpenAI və Microsoft-un süni intellekt investisiyalarına dair araşdırma başladı

ABŞ Federal Ticarət Komissiyası (FTC) Alphabet, Amazon, Anthropic və Microsoft daxil olmaqla beş şirkətə generativ süni intellektə son investisiyaları və tərəfdaşlıqları haqqında məlumat vermələrini tələb edən təlimat göndərib.
FTC tərəfindən edilən şərhdə, başladılan araşdırma çərçivəsində, rəqabət mühitinə təsirləri daha yaxşı başa düşmək üçün süni intellekt təminatçıları ilə korporativ tərəfdaşlıq və investisiyaların araşdırılacağı ifadə edildi. 

Açıqlamada, şirkətlərin süni intellektin inkişafı üçün tələb olunan əsas texnologiya və girişlərə çıxışı təmin etmək məqsədilə süni intellekt tərtibatçıları ilə tərəfdaşlıqlar və birbaşa investisiyalar da daxil olmaqla bir sıra strategiyalar həyata keçirdiyinə diqqət çəkilib. 

FTC-nin tələb etdiyi məlumatlara da toxunulan açıqlamada 5 şirkətə cavablandırma üçün 45 gün vaxt veriləcəyi bildirilib.

Bəyanatda fikirləri yer alan FTC sədri Lina Xan vurğulayıb ki, tarix göstərir ki, yeni texnologiyalar yeni bazarlar və sağlam rəqabət yarada bilər.

Şirkətlərin süni intellekt inkişaf etdirmək və ondan pul qazanmaq üçün yarışdıqca, bu fürsəti əngəlləyən taktikalardan qorunmaq lazım olduğuna diqqət çəkən Xan, “Araşdırmamız dominant şirkətlər tərəfindən həyata keçirilən sərmayələrin və ortaqlığın pozulma riskini daşıyıb-daşımadığına, innovasiya və ədalətli rəqabətə zərbə vurub-vurmadığına aydınlıq gətirəcək", deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)