Qeyri-Bank

Hindistan fond bazarı Honq-Konqu keçdi. Bu, necə baş verdi?

Qlobal kapital Çini tərk edərkən, böyümə gözləntiləri və siyasət islahatları ilə investorların diqqət mərkəzinə çevrilən Hindistanda fond bazarının böyüklüyü ilk dəfə olaraq Honq-Konqu üstələyib.

Bloomberg-in tərtib etdiyi məlumatlara görə, Hindistan birjalarında satılan səhmlərin ümumi dəyəri bazar ertəsi gününün bağlanışına görə 4,33 trilyon dollara çatıb, Honq Konqun dəyəri isə 4,29 trilyon dollar səviyyəsində qalıb.

Bu, Hindistanı dünyanın dördüncü ən böyük fond bazarına çevirdi.

Hindistan fond bazarının dəyəri dekabrın 5-də ilk dəfə olaraq 4 trilyon dolları ötüb. Bu bahalaşmanın təxminən yarısı son dörd ildə baş verib.

Hindistanda səhmlər sürətlə böyüyən pərakəndə investor bazası və güclü korporativ gəlirlər hesabına yaxşılaşır.

Dünyanın ən sıx əhalisi olan ölkəsi, böyük ölkələr arasında ən sürətlə inkişaf edən istehlak yönümlü iqtisadiyyatı sayəsində qlobal investorlar və şirkətlərdən yeni kapital cəlb etməklə özünü Çinə alternativ kimi göstərir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)