Bank

Azərbaycan banklarının xarici borcları artdı - NƏTİCƏ

Azərbaycanda fəaliyyət göstərən bankların 31 dekabr 2023-cü il tarixinə xarici öhdəlikləri 2 milyard 598,2 milyon manat olub. ENA.az xəbər verir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 47,5% çoxdur.

Təkcə 2023-cü ilin dekabrında bankların xarici öhdəlikləri 16,6% və ya 371,1 milyon manat artıb. 

Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin sonuna Azərbaycan banklarının xalis xarici aktivləri isə əksinə 2,4 dəfə azalıb və 2 milyard 672,9 milyon manat təşkil edib. 

İlin son ayında, yəni dekabrda Azərbaycan banklarının xalis xarici aktivləri 5,4% və ya 153 milyon manat kiçilib. 2022-ci ildə bankların xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri isə 10,7% artmışdı.

Qeyd edək ki, Azərbaycanda bankların xarici öhdəlikləri bunlardan formalaşır: qeyri-rezidentlərdən cəlb edilmiş kreditlər, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlər, qeyri-rezidentlərin qarşısında yerləşdirilmiş qiymətli kağızlar.

Azərbaycanda 2023-cü ilin sonunda 23 bank fəaliyyət göstərir. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)