Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub
Azərbaycanda 5,1 maqnitudalı zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Məlumata görə, yeraltı təkanlar Mərkəzi Aran və cənub zonasında daha çox hiss olunub.
Mərkəzin verilənlərinə əsasən, seysmohadisə Bakı vaxtı ilə saat 22:05-də qeydə alınıb.