Bank

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya yeni üzv seçildi

15 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Namizədlərin qeydiyyatı 2023-cü ilin noyabr ayının 15-dən dekabr ayının 13-dək davam edib. Seçki prosesində 336 vətəndaş cəmiyyəti institutu nümayəndəsi iştirak edib. 327 bülleten etibarlı sayılıb. 

Səsvermənin nəticəsinə əsasən Qırmızı Ürəklər Fondunun (“Red Hearts”)  vitse-prezidenti Yusif Poladov 185 səslə 38 nəfər vətəndaş cəmiyyəti institutunun nümyəndəsinin iştirak etdiyi İctimai Şuraya üzv seçilib. O, Qırmızı Ürəklər Fondunun fəaliyyət istiqaməti üzrə ekoloji mühitə töhfə vermək məqsədilə həyata keçirilən bir çox layihələrə rəhbərlik edib. Yusif Poladov ətraf mühitə töhfə vermək məqsədi ilə həyata keçirilən “Vətən bağı” layihəsinin, ətraf mühitin plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısının alınmasını təbliğ edən “Təmiz mühit, təmiz gələcək” aksiyasının, işlənmiş batareyaların çeşidlənməsi məqsədilə həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” kimi layihələrin icraçısıdır. Qeyd edək ki, Qırmızı Ürəklər Fondu (“Red Hearts”) 10.12.2020-ci il tarixində təsis edilib və “Cəmiyyət”, “Ətraf mühit”, “Heyvanların müdafiəsi” istiqamətlərində fəaliyyət göstərir. 

Xatırladaq ki, ETNS yanında 2010-cu ildən fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təmsilçiləri üçün açıq olan İctimai Ekoloji Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)