Azərbaycanda 8 qurum adını dəyişdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin tabeliyindəki 8 uşaq və kiçik qrup evi adını və təşkilati-hüquqi formasını dəyişib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində məlumat yerləşdirilib.
Məlumata görə, “Şəki şəhər qarışıq tipli uşaq evi” - “6 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “O.Mirzəyev adına qarışıq tipli uşaq evi” - “Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “Gəncə Şəhər məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün qarışıq tipli uşaq evi”- “4 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “Xətai rayon 3 saylı uşaq evi”- “3 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “Suraxanı rayonu 2 saylı uşaq evi”- “2 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “1 saylı uşaq evi”- “1 saylı Uşaq evi sosial xidmət müəssisəsi”, “2 nömrəli Ailə tipli kiçik qrup evi”- “2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi”, “1 nömrəli Ailə tipli kiçik qrup evi” isə "1 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi" publik hüquqi şəxsinə çevrilib.
Xatırladaq ki, ötən il dekabrın 5-də Nazirlər Kabinetinin qərarı ilə ilk 6 qurum yerli icra hakimiyyətlərindən, son iki qurum isə Elm və Təhsil Nazirliyindən alınıb, Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib.