Azərbaycanda dövlət satınalmaları 7 milyard yarımı ötdü
2023-cü ildə Azərbaycanda dövlət satınalmalarının həcmi 7 milyard 545,5 milyon manat təşkil edib.
"2022-ci illə müqayisədə 2023-cü ildə dövlət satınalmalarının həcmi 11,3% artıb", - Abbasbəyli cümə axşamı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2023-cü ildə elektron dövlət satınalmalarının həcmi 1 milyard 690,1 milyon manata çatıb və 2022-ci illə müqayisədə 32,8 faiz artıb.