İnşaat və əmlak

Bakıda çoxmərkəzlilik prinsipi tətbiq ediləcək

Bakının dayanıqlı inkişafını təmin etmək üçün çoxmərkəzlilik prinsipi tətbiq ediləcək.

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində bildirib.

A. Quliyev deyib ki, bu, Bakının Baş planında nəzərdə tutulub: “Paytaxtın ənənəvi inzibati mərkəzi ilə yanaşı şəhərin digər hissələrində mərkəz rolunu oynaya biləcək alt mərkəzlər inkişaf etdiriləcək. Bu o deməkdir ki, həmin ərazilərdə mərkəzi hissəsində olduğu kimi infrastruktur eyni səviyyəyə çatdırılacaq. Müvafiq sosial xidmətlərin təqdim edilməsi yüksək keyfiyyətdə təmin ediləcək”.

O qeyd edib ki, Bakının Baş planı bir çox innovativ həllər və önəmli prioritetlər müəyyən edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)