Generala yüksək vəzifə verildi
Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.
ENA.az bu barədə komitənin saytına istinadən xəbər verir.
DGK rəisi Şahin Bağırovun əmri ilə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Orxan Nuriyev vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Güloğlan Muradlı təyin edilib.
O.Nuriyev isə Gömrük İnzibatçılığı Baş İdarəsinə rəis göndərilib.
Qeyd edək ki, general Muradlı bu təyinata qədər Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən il vəzifəsindən azad edilmişdi.