Nazir: "Vergi yığımının 60,2%-i qeyri-neft sektorunun payına düşüb"

2023-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 2022-ci illə müqayisədə 3,8% - 16 milyard 126,7 milyon manatadək artıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“2023-cü ilin yekunları üzrə DXV xətti ilə büdcəyə vergi daxilolmaları 16 milyard 126,7 milyon manat təşkil edib. Bunun 9 milyard 707,8 milyon manatı (artım 19,3%) qeyri-neft sektoru hesabına təmin olunub”, - Cabbarov sosial şəbəkələrdə yazıb.
Beləliklə, 2023-cü ildə DVX xətti ilə vergi yığımının 60,2%-i qeyri-neft sektorunun payına düşüb.
Xəbər verildiyi kimi, 2023-cü ildə DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14,9 milyard manat məbləğində nəzərdə tutulurtdu. Beləliklə, vergi orqanları tərəfindən vergi yığımı üzrə plan 108,2% icra olunub.