Rayonlarda bağçaları bu şirkətlər yeməklə təchiz edəcək
![](https://ena.az/uploads/news/2024-01/_ena_715bd91d0d02ae7bf63307c53_o.jpg)
Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Məişət İst MMC və Sabko MMC ilə təxminən 14 milyon manatlıq müqavilə bağlayıb.
Məlumata görə, Sabko MMC ilə olan müqavilədə 2024-cü il ərzində Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması nəzərdə tutulur. Müqavilənin dəyəri 5 984 196.12 AZN-dir.
Məişət İst MMC ilə bağlanmış müqavilə 2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınmasından ibarətdir. Bu müqavilənin məbləği isə 8 268 094.23 AZN təşkil edir.