Rəisi: “Kirmanda törədilən terror aktlarının qisası alınacaq”
![](https://ena.az/uploads/news/2024-01/_ena_1b118bdea2e16eef8fdc30948_o.jpg)
İran Prezidenti İbrahim Rəisi ölkənin Kirman şəhərində törədilən terror aktlarının qisasının alınma vaxtını və yerini İran Silahlı Qüvvələrinin təyin edəcəyini bildirib.
Məlumata görə.Rəisi İranın gücünün ən mühüm amil olduğunu xatırladıb: “Düşmənlər artıq bizim gücümüzü görüb və hiss ediblər. İran Silahlı Qüvvələri təşəbbüsü ələ alacaq və cavab tədbirinin vaxtını və yerini müəyyənləşdirəcək”.
Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib.