Birja

Nefti "Qırmızı dəniz krizi" hələki yüksək saxlayır

Neft qiymətləri bir gün əvvəl dekabr ayının ən yüksək göstəricilərini yenilədikdən sonra aşağıya doğru korreksiya edir. İnvestorlar Qırmızı dənizdəki vəziyyəti qiymətləndirməyə davam edir.

Londonun ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 9:03-ə olan vəziyyətə görə, bir barel üçün 81,04 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,03 dollar (0,04%) azdır. 

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda fevral ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu dəfə 0,15 dollar (0,2%) ucuzlaşaraq bir barelə görə 75,42 dollar təşkil edib. 

Yəmənin husi üsyançıları Qırmızı dənizdə daha bir yük gəmisinə hücum edib, çərşənbə axşamı Əl-Ərəbiyyə telekanalı üsyançıların hərbi sözçüsü Yəhya Sariyaya istinadən xəbər verib. Onun sözlərinə görə, MSC United kommersiya gəmisinin heyəti üç dəfə xəbərdarlıq siqnallarına məhəl qoymayıb, bundan sonra üsyançılar ona raket zərbələri endiriblər.

Həmçinin çərşənbə axşamı Böyük Britaniyanın Dəniz Ticarət İdarəsi Qırmızı dənizdə Hudeyda limanı yaxınlığında partlayışlar və raket buraxılışları olduğunu bildirib.

Bundan əvvəl Danimarkanın nəqliyyat və logistika şirkəti A.P. Moeller-Maersk AS gəmi təhlükəsizliyini təmin etmək üçün beynəlxalq missiyadan sonra Qırmızı dənizdə gəmiçiliyi bərpa etmək planlarını açıqlayıb. MarketWatch-in sitat gətirdiyi SPI Asset Management-in idarəedici tərəfdaşı Stiven İnnes missiyanı regionda təhlükəsiz dəniz nəqliyyatının bərpası istiqamətində müsbət addım adlandırıb.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)