Türkiyə sığorta şirkətləri Azərbaycan bazarına daxil ola bilər
“Növbəti illərdə Türkiyə sığorta şirkətləri Azərbaycan bazarına daxil ola bilər”.
Türkiyə Prezidentin maliyyə idarəsinin sədr müavini Necib Fazıl Kaymak deyib.
O bildirib ki, Azərbaycanla Türkiyə arasında ilk anlaşma memorandumu sığorta fəaliyyətinin dərinləşdirilməsi ilə bağlı olub. Hazırda texniki işçi qrupu yaradılıb və fəaliyyətini uğurla davam etdirir.
“İkinci mərhələ Türkiyə sığorta şirkətlərinin Azərbaycan bazarına dəvət olunmasıdır. Bunu isə təşkil etdiyimiz birgə forumlarla həyata keçiririk. Ötən ay İstanbulda maliyyə texnologiyaları ilə bağlı keçirdiyimiz forumda bunu dərindən araşdırdıq. Türkiyəyə nisbətən Azərbaycanda sığorta fəaliyyətinin daha məhdud olduğunun fərqindəyik. Bu sığorta bazarının daha da inkişaf etdirilməsinə çalışacağıq. Mərkəzi Bankla görüşlərdən sonra keçirəcəyimiz forumlarla Türkiyə sığorta şirkətlərinin və digər xarici investisiyalı şirkətlərinin Azərbaycanda fəaliyyətinin artırılmasına çalışacağıq”.