Gəncədə yeni sənaye zonası açılacaq
Bu yaxınlarda Gəncədə yeni sənaye zonası açılacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.
“Biz orada da oxşar vergi, gömrük təşviqlərini tətbiq edirik. Fərq ondadır ki, orada bu təşviqlərin müddəti var. Bir qayda olaraq müəssisə işə başladıqdan on il müddətində həmin təşviqlər tətbiq edilir. Bu məsələ ilə bağlı infrastruktur da mövcuddur”, – deyə nazir əlavə edib.