Elm və Təhsil Nazirliyində yeni təyinat olub
Elm və Təhsil Nazirliyinin şöbələrindən birinə yeni rəhbər təyin edilib.
Məlumata görə, Səbuhi Rzayev İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri təyin edilib. O, 2020-ci ilin dekabrından 2023-cü ilin dekabrına qədər qeyd edilən şöbənin müdir müavini idi.
Azərbaycan Respublikasının Prezident Administrasiyası və eləcə də Təhsil İnstitutuda müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, buna qədər İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Cəsarət Valehov idi.