BİZNES

“GoldenPay”in İdarə Heyətinə sədr təyin edildi

“QoldenPey” ASC-nin (GoldenPay, Hesab.az) səhmdarlarının qərarı ilə İdarə Heyətinə yeni sədr təyin edilib.

Məlumata görə, bundan sonra sədr kimi Eynar Abdullayev Rəfail oğlu olacaq.

O, bu vəzifədə 5 ildən çoxdur şirkətə sədrlik edən Naina Şükürovanı əvəz edib.

Eynar Abdullayev 2023-cü ilin dekabrından etibarən şirkətə rəhbərlik edəcək. E.Abdullayev 2020-ci ildən “QoldenPey”in heyətinə qoşulub. 2020-ci ilin oktyabrından 2021-ci ilin avqustuna qədər marketinq üzrə menecer, 2021-ci ilin sentyabrından 2022-ci ilin dekabrına qədər Marketinq və məhsul departamentinin direktoru, 2023-cü ilin yanvarından isə səhmdarların qərarı ilə İdarə Heyətinin üzvü və eləcə də, baş kommersiya inzibatçısı idi.

Buna qədər “Azercell Telekom” MMC və “Azerfon” MMC (Nar) kimi iri telekommunikasiya şirkətlərində çalışıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)