Kənd Təsərrüfatı Nazirliyinin qurumuna direktor təyin edilib

Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinə yeni direktoru təyin edilib.
Məlumata görə, Taleh Zeynalov bu vəzifəyə təyin edilib. O, buna qədər “Grand-Agro Invitro” MMC-nin rəhbəri olub.
Qeyd edək ki, Taleh Zeynalov kənd təsərrüfatı naziri Məcnun Məmmədovun kadırlarından biridir. Belə ki, 14 aprel 2023-cü il tarixdən Prezidentin sərəncamı ilə kənd təsərrüfatı naziri təyin edilən Məcnun Məmmədov son illərdə “Agro Food Investments” MMC-nin rəhbərliyində çalışıb, hansı ki, “Grand-Agro” MMC və “Grand-Agro Invitro” MMC adıçəkilən şirkətin kurasyasındadır.
Taleh Zeynalov 2017-2018-ci ildə “PMD Group” MMC-nin, “Agro Food Investments” MMC və son 6 ilini isə “Grand-Agro Invitro” MMC-nin rəhbərliyində çalışıb