Paşinyan Rusiyaya gedir
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi iclasında iştirak edəcək.
ENA.az xəbər verir ki, bu barədə “Alpha News”a Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa gələrək, MDB başçılarının qeyri-rəsmi görüşündə və Aİİ-nin rəsmi sammitində iştirak edəcək", - Uşakov bildirib.
Bunun dəqiq məlumat olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala Rusiya Federasiyası Prezidentinin köməkçisi belə cavab verib:
“İrəvandan aydın siqnal aldıq”.