Qarabağ

Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiya formatında iclasın keçirilməsi planlaşdırılır.

ENA.az Caliber.az-a istnadən xəbər verir ki, iclas noyabrın 29-u və 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutacaq.

Məlumata görə, müvafiq razılaşmalar hər iki tərəf tərəfindən təsdiqlənib.

Xatırladaq ki, sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)