Aİ "Rabobank"a 26,6 milyon avro cəza kəsdi
AB Komissiyası Deutsche Bank və Hollandiya mərkəzli Rabobankın avro ilə istiqraz ticarətində "kartel" (süni inhisarlaşma) qurduğunun müəyyən edildiyini açıqladı.
Açıqlamada, Rabobankın avro ilə müəyyən istiqrazların alqı-satqısı ilə bağlı kartelə qatıldığı üçün 26,6 milyon avro cərimə olunduğuna diqqət çəkilib.
Həmçinin Deutsche Bank-ın da karteldə iştirakının aşkar edildiyi vurğulanıb və Deutsche Bank-ın karteli Komissiyaya ifşa etdiyi üçün 156 milyon avroluq cəzadan azad edildiyi bildirilib.
Açıqlamada qeyd edilib ki, araşdırma 2006-2016-cı illər arasında iki bankın bəzi treyderlər vasitəsilə kommersiya baxımından həssas məlumatları paylaşıb, ticarət və qiymət strategiyalarını koordinasiya edib.
Nəzarət orqanı Aİ Komissiyasına məxsusdur
Aİ sözügedən bankların öz aralarında kartel yaradıb-yaratmadığını müəyyən etmək üçün araşdırma aparırdı.
Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətlərin sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmamasını yoxlamaq səlahiyyətinə malikdir.
Aİ Komissiyası rəqabət və ya antiinhisar qanunlarını pozan bir vəziyyət aşkar edərsə, şirkətlərə yüksək cərimələr tətbiq edir.