Baş nazir Sərsəng və Suqovuşan su anbarları ilə bağlı qərar imzalayıb
“Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilib.
ENA.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Sərsəng su anbarı (Tərtər, Kəlbəcər rayonları – Fövqəladə Hallar Nazirliyinin vəsaiti) və Suqovuşan su anbarı (Tərtər rayonu – Fövqəladə Hallar Nazirliyinin vəsaiti) siyahıya əlavə edilib.