Gələn il yalnız bu rayonlar büdcədən pul alacaq - SİYAHI
Bu gündən Milli Məclisin komitələri “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.
ENA.az xəbər verir ki, gələn il dövlət büdcəsindən neçə rayona vəsait ayrılacağı məlum olub.
Belə ki, 2024-cü ilin dövlət büdcəsindən cəmi 7 rayona vəsait ayrılacaq.
Növbəti il 59 rayon və şəhər yerli gəlir və xərcləri tənizmləmək üçün büdcədən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək.
Layihəyə əsasən, gələn ilin dövlət büdcəsindən Cəbrayıl 1 milyon 214 min manat, Xocavənd 1 milyon 229 min manat, Xocalı 1 milyon 73 min manat, Kəlbəcər 1 milyon 945 min manat, Laçın 1 milyon 401 min manat, Yardımlı 1 milyon 863 min manat və Zəngilan 623 min manat vəsait ala biləcək.
Gələn il büdcədən vəsait alacaq 7 rayonun altısı Qarabağ və Şərqi Zəngəzirda yerləşir. İşğaldan azad olunan ərazilərimizdən kənarda yalnız Yardımlı rayonu dövlət büdcəsindən dəstək alacaq.