Nazir: "1500 manata mühəndis hazırlamaqdansa, hazırlamamaq yaxşıdır"
“Universitetlərimizin yanaşması ondan ibarətdir ki, "sənin gücün nəyə çatırsa, onu ver, biz sənə bir ixtisas verək". “Bir həkimi hazırlamaq neçəyə başa gəlir?” - əsas sual budur. Biz əgər diplom xətrinə buna ticarət kimi baxırıqsa, bunun adı başqadır".
ENA.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu barədə müzakirələr açıq formada aparılmalıdır.
"Ya biz bir-birimizin üzünə gülüb, heç bir ağrılı məsələni qaldırmamalıyıq, ya da müzakirə etməliyik. Ali təhsil müəssisəsinə az resurs verib, dünya səviyyəli innovasiya tələb etmək mümkün deyil. Son illərdə ali təhsil alanların sayı 3 dəfə artıb. 1500 manata mühəndis hazırlamaqdansa, hazırlamamaq daha yaxşıdır".