Avtomobil

Yol polisi üçün alınmış yeni maşınlar bu alaya verildi

Yol polisinin xidmətinə verilməsi üçün yeni “Volvo S90” modelli avtomobillər alınıb.

Məlumata görə, bu avtomobillər Bakıdan kənarda, əsasən magistral yollarda istismar ediləcək. Belə ki, “Volvo S90” model yeni xidməti avtomobillər Baş Dövlət Yol Polisi idarəsinin Yol Patrul Xidməti Alayının balansına verilib.

Qeyd edək ki, Azərbaycanda BMW markasından sonra patrul avtomobilləri “Mercedes” markasına qismən keçid etmişdi. Həmçinin “Hyundai” və KİA-nın bəzi modelləri də xidməti avtomobil kimi istifadə olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)