Azərbaycan açıq maliyyə sisteminə keçməyi hədəfləyir
Azərbaycanda nağdsız dövriyyənin xüsusi çəkisi 54%-i keçib. Beynəlxalq kart təşkilatları vasitəsi ilə token əməliyyatlarının həcmi artıb.
ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankın Baş direktoru Fərid Osmanovun sözlərinə görə, noyabrın 9-dan ölkədə "Ödəniş sistemləri haqqında qanun qüvvəyə minəcək.
"Strateji hədəfimiz açıq maliyyə konsepsiyasına keçidi sürətləndirməkdir", -deyə F.Osmanov bugün keçirilən 7-ci bankçılıq forumunda bildirib.