“Bank Respublika” sahibkarlara “34 gün-34% endirim” kampaniyasına start verdi
Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən “Bank Respublika” 34 illik fəaliyyəti münasibətilə sahibkarlar üçün “34 gün - 34% endirim” adlı mikro kredit kampaniyasına start verib.
Kampaniya çərçivəsində bankdan mikro və aqro kredit götürən müştərilər 34 gün ərzində faiz dərəcəsində 34%-dək endirim əldə edə biləcəklər.
Kampaniyanın digər özəllikləri:
- Məbləğ: 100 000 AZN-dək;
- Müddət: 48 ayadək;
- İllik faiz dərəcəsi - min. 10%
- Güzəşt müddəti: 12 ayadək;
- Zaminsiz və tranşla kredit imkanı;
- Təminatdan asılı olaraq komissiyasız kredit;
- Kredit xətti açılması imkanı;
- Sərbəst ödəniş qrafiki
Kampaniya 6 iyunadək davam edəcək.
Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına təqdim olunur.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: “Facebook”, “Instagram”, “LinkedIn”, “Telegram”
Çağrı Mərkəzi: 144


















