“Yelo Bank”da yeni təyinat olub
“Yelo Bank” ASC-nin Hüquq Departamentinə yeni direktor təyin edilib.
ENA.az xəbər verir ki, Fərid Məmmədov “Yelo Bank” ASC-nin Hüquq Departamentinin direktoru vəzifəsinə təyin edilib.
O, 2024-cü ilin oktyabr ayından 2026-cı ilin may ayına kimi Yelo Bank-da Hüquq Departamentində meneceri vəzifəsində çalışıb.
2012-ci ildə Prezident təqaüdü qazanıb, 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquq üzrə bakalavr təhsilini fərqlənmə ilə tamamlayıb. 2023-2024-cü illərdə Birləşmiş Krallığın Leeds Universitetindən Beynəlxalq Bank və Maliyyə Hüququ üzrə magistr proqramını fərqlənmə ilə bitirib.


















