Bank

Dollar axını dəyişir: Əhali valyutanı satır – ehtiyatlar əriyir, yoxsa bazar sakitləşir?

2024–2026-cı illər üzrə bankların nağd valyuta əməliyyatlarına baxdıqda maraqlı və müəyyən qədər ziddiyyətli bir mənzərə ortaya çıxır. Rəqəmlər göstərir ki, xüsusilə ABŞ dolları üzrə əhalinin banklara satış həcmi artma meyli nümayiş etdirir, bu isə bir neçə fərqli iqtisadi siqnal kimi oxuna bilər.

Rəqəmlər nə deyir?

2024-cü ildə bankların əhalidən aldığı (yəni əhalinin satdığı) dollar həcmi təxminən 1.62 milyard dollar olub.

2025-ci ildə bu göstərici 2.08 milyard dollara yüksəlib – yəni təxminən 28%-ə yaxın artım var.

2026-cı ilin ilk 3 ayında artıq 391 milyon dollar satış qeydə alınıb ki, bu temp qorunsa, il sonu yenidən yüksək göstərici mümkündür.

Digər tərəfdən, bankların əhaliyə dollar satışı 2024-də 2.92 milyarddan

2025-də 1.76 milyarda düşüb.  Bu o deməkdir ki, banklardan dollar alışı 61% azalıb. Yəni bazarda balans dəyişir: əvvəl əhali daha çox dollar alırdı, indi isə daha çox satır.

Bu nə deməkdir: əhali ehtiyatlarını xərcləyir?

Əhalinin yığım kimi istifadə etdiyi dolları satmasında bu amilin rolu var, amma tam olaraq yalnız bu deyil.

Əhalinin dollar satışının artması adətən 3 əsas səbəbdən baş verir:

1. Gündəlik xərclərin artması (inflyasiya təsiri) - yəni, qiymətlər artırsa, insanlar əvvəl yığdıqları dollar ehtiyatını manata çevirir, gündəlik xərcləri qarşılamaq üçün istifadə edir. Bu baxımdan, inflasiya birbaşa təsir edən əsas faktordur. Real gəlirlər artımı qiymət artımını üstələmirsə, ehtiyatlara “toxunmaq” qaçılmaz olur.

2. Valyutaya inamın nisbətən sabit qalması - əgər əhali kütləvi şəkildə dollar satırsa, bu o deməkdir ki, yaxın perspektivdə kəskin devalvasiya gözləntisi zəifləyib, manatın sabitliyinə müəyyən etibar formalaşıb.  

Bu halda dollar “təhlükəsiz liman” yox, sadəcə ehtiyat aktiv kimi davranır.

3. Likvidlik ehtiyacı (nağd pula tələbat) - iqtisadi aktivlik artdıqda və ya gəlir axını qeyri-sabit olduqda insanlar daha çox nağd pula ehtiyac duyur, dolları satıb manata keçirlər.

Amma burada kritik detal var. Bu prosesin sağlam və ya riskli olduğunu anlamaq üçün əsas sual budur: Əhali dolları niyə satır – seçim etdiyi üçün, yoxsa məcbur qaldığı üçün?

Əgər gəlirlər artır və insanlar rahat şəkildə valyuta satırsa, bu normal bazar davranışıdır. Yox, satışlar qiymət artımı fonunda baş verirsə bu artıq ehtiyatların əriməsi siqnalıdır.  

İnflyasiya nə qədər rol oynayır?

İnflyasiya bu prosesdə mərkəzi rol oynayır və təsiri ikiqatdır. Çünki real gəlirləri azaldır, insanlar yığımdan xərcləməyə başlayır. Nağd pula tələbi artırır, dollar satışını sürətləndirir. Yəni dollar satışındakı artımın mühüm hissəsi böyük ehtimalla bahalaşmanın kompensasiyası ilə bağlıdır.  

Aşağıda göstərilən cədvəldən çıxan maraqlı paradoks odur ki, əhali daha az dollar alır, amma daha çox dollar satır. Bu isə həm də o deməkdir ki, valyuta bazarında “müdafiə rejimindən çıxış” müşahidə olunur. Yəni insanlar artıq əvvəlki kimi “ehtiyat toplamaq” davranışı göstərmir daha çox “mövcud ehtiyatdan istifadə” mərhələsinə keçib.  

Bir sözlə, əhalinin dollar satışının artması təkcə bir səbəblə izah olunmur. Bu, eyni anda üç prosesin nəticəsidir: İnflyasiya və xərclərin artması, manata nisbi inamın qorunması, nağd pula olan ehtiyacın yüksəlməsi.  

Əsas narahatedici məqam isə odur ki, əgər bu trend uzunmüddətli xarakter alarsa, bu artıq yığımların tədricən azalması və əhalinin maliyyə dayanıqlığının zəifləməsi kimi özünü daha qabarıq göstərə bilər.

 

Banklar tərəfindən həyata keçirilən nağd valyuta əməliyyatlarının həcmi milyon manatla:

Tarix

ABŞ dolları          

AVRO

İngilis funt sterlinqi

Rusiya rublu

ABŞ dolları          

AVRO

İngilis funt sterlinqi

 

Alış (min valyuta vahidi)

Satış (min valyuta vahidi)

 

2024

1621567.9

131093.8

7470.9

5712045.2

2924344.3

202722.1

20097.9

01

119468.7

8736.1

615.8

1342333.8

211501.6

11163.8

1619.4

02

125486.9

7458.3

460.0

933556.7

499583.5

20114.8

1525.3

03

106317.4

9113.7

433.9

802211.8

220212.9

13703.5

1097.0

04

129467.0

9756.4

642.7

216289.1

166924.9

16240.2

1524.7

05

156182.0

10933.2

773.5

298430.6

154091.5

16838.9

1455.7

06

148950.6

8775.9

486.4

273645.3

109296.0

15893.2

1463.8

07

179307.4

14134.5

945.9

528379.5

155076.1

18044.5

1717.0

08

156277.9

15781.1

928.9

263186.3

195096.5

16614.0

2213.0

09

135173.7

14198.3

675.5

421903.5

253505.9

14049.3

2444.6

10

133143.5

14210.5

444.8

269163.9

217580.3

14179.3

1765.3

11

107893.7

7811.9

289.8

172479.2

248111.1

22555.7

1420.7

12

123899.1

10183.8

773.7

190465.4

493364.0

23324.9

1851.7

2025

2085215.5

178871.0

7908.9

9876982.8

1767049.4

160367.0

17107.9

01

116106.1

9782.3

622.6

213738.2

294173.2

17134.2

2691.3

02

144446.7

11758.0

374.5

386639.4

177703.9

23732.3

1262.6

03

112733.5

31440.4

410.5

435379.9

120054.6

9282.3

734.0

04

191126.9

25309.1

1092.6

884299.0

173471.9

11923.7

1327.6

05

186132.2

11906.4

495.3

970760.1

123142.5

10838.8

1328.4

06

230069.1

15200.0

722.3

1023684.6

108745.6

12050.7

1314.2

07

197227.7

14520.1

529.8

1934855.7

159441.9

16388.2

1512.8

08

191602.7

13225.7

995.4

683950.8

104746.8

13358.5

1347.0

09

209232.2

14251.4

1021.4

371406.0

115932.9

13963.5

2430.1

10

174490.8

11902.1

715.0

1072757.3

132023.0

10804.6

1320.0

11

149625.4

8442.1

339.6

764683.3

94306.1

9201.6

797.3

12

182422.3

11133.5

589.8

1134828.5

163307.0

11688.4

1042.5

2026

391377.7

24839.7

977.0

2037297.1

322004.4

30008.9

4137.4

01

124869.1

9521.0

362.8

1182168.1

135554.7

8086.9

1683.5

02

145160.9

8932.2

317.6

438456.2

98676.5

9755.5

1134.4

03

121347.7

6386.5

296.7

416672.8

87773.2

12166.4

1319.4

                               

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)