Bank

“Azər Türk Bank”da yeni təyinat olub

“Azər Türk Bank” ASC-nin İnsan Resursları departamentinə yeni direktor təyin edilib.

Məlumata görə, bu vəzifə Nigar Hüseynzadəyə həvalə edilib.

O, 2024-cü ilin yanvar ayından 2026-cı ilin aprel ayına kimi PAŞA Property Management şirkətində İR üzrə Baş Direktor kimi çalışıb.

Nigar Hüseynzadə karyerası ərzində AccessBank Azərbaycan-da İnsan resursları rəhbəri və İcraçı direktor, Azercell-də Təşkilati inkişaf üzrə məsləhətçi, həmçinin Biznes partnyorluğu və Akademiya rəhbəri kimi müxtəlif rəhbər vəzifələrdə çalışmış, eyni zamanda UCELL şirkətində İnsan resursları və idarəetmə departamentinin rəhbəri vəzifəsini icra etmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)