Azərbaycan sentyabr-oktyabr aylarında Rusiyadan 7 dəfə çox kartof alıb

Azərbaycan 2023-cü ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasının Orlov vilayətindən 3 min tona yaxın kartof idxal edib. Bu barədə “Rosselxoznadzor” xəbər verir.
“2023-cü ilin sentyabr-oktyabr aylarında “Rosselxoznadzor”un Orlov və Kursk vilayətləri üzrə İdarəsinin vəzifəli şəxsləri tərəfindən Orlov vilayətindən Azərbaycana 2977 ton (148 partiya) ərzaqlıq kartofun göndərilməsinə nəzarət həyata keçirilib.Göndərilən məhsulların istehsalçıları regionun fermer təsərrüfatlarıdır”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çoxdur. Sözügedən məhsul Azərbaycanın fitosanitar tələblərinə cavab verib.