Paşinyan: “Azərbaycanla sülh və nizamlanmanın 3 əsas prinsipi razılaşdırılıb”
![](https://ena.az/uploads/news/2023-10/_ena_3223d3eead9edf1154b2327ae_o.jpg)
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması reallığa çevrilə bilər”.
ENA.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib.
O bildirib ki, Azərbaycanla razılaşdırılmış 3 əsas sülh və nizamlanma prinsipi var: “Əgər bu prinsiplərə əməl olunsa, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək”.