“NBCBank” işçi axtarır - VAKANSİYA
“NBCBank” ASC
Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə
Email: hr@nbcbank.az
Telefon (012) 566 46 46 ; 932 218
Korporativ Satış üzrə mütəxəssis
Tələblər:
- Ali təhsil
- Bank sektorunda korporativ müştərilərlə iş üzrə ən azı 1 illik iş təcrübəsi
- İnsanlarla ünsiyyət qurma bacarığı.
- Hesabatların hazırlanması, dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma.
- Analitik qabiliyyət.
- Azərbaycan və rus dillərində səlist, ingilis dilində orta səviyyədə danışıq bacarığı.
- MS Office proqramlarında işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Müştərinin Bankın məhsul və xidmətləri barədə məlumatlandırılması.
- Müştəri cəlbi üzrə strategiyaların qurulması və həyata keçirilməsi.
- Yeni satış texnologiyalarının təklif edilməsi
- Korporativ müştərilərin cəlb edilməsi məqsədilə şirkətlərlə görüşlərin təyin edilməsi və keçirilməsi.
- Bankın satış şəbəkəsinin genişləndirilməsi
- Satışın artırılması istiqamətində keçiriləcək məhsul yarmarkalarında iştirak və bu yarmarkaların səmərəli olması üçün lazımi ləvazimat və materialların hazırlanması.