Sənaye

Rusal Çin alüminium oksidi şirkətinin 30 faizini alır

Dünyanın ən böyük alüminium istehsalçılarından biri olan Rusiyanın Rusal şirkəti Honq-Konq Birjasına verdiyi açıqlamada şirkətin alüminium oksidinin tədarükü ilə bağlı razılığa gəldiyini açıqlayıb.

ENA.az xəbər verir ki, açıqlamada Hebei-nin yüzdə 30 hissəsinin alınması ilə bağlı razılığın əldə edildiyi və müqavilənin dəyərinin təxminən 266 milyon dollar olduğu bildirilib.

Şirkətdən verilən açıqlamada bildirilib ki, müqavilə ilə Rusal mühüm xammal olan alüminium oksidin rəqabətqabiliyyətli qiymətlərlə tədarükünə çıxış əldə edəcək.

Ötən il 76 milyon tonla dünya alüminium oksidi istehsalının təxminən yarısını Çin istehsal etdiyi halda, Rusal qlobal alüminium istehsalının 5,6 faizini və alüminium oksidi istehsalının 4,5 faizini təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)