HI-TECH

Çindən yeni araşdırma dalğası

Çin dövlət mediası Foxconn-a qarşı vergi yoxlamalarının aparıldığını və torpaqdan istifadə ilə bağlı araşdırma aparıldığını açıqlayıb. ENA.az xəbər verir ki, iPhone tədarük zəncirində əhəmiyyətli bir mövqeyə sahib olan Tayvan mərkəzli Foxconn, səlahiyyətlilərlə əməkdaşlıq etdiyini açıqladı.

Foxconn səhmləri üç aydan çox müddətdə ən çox ucuzlaşdı, onun Şanxayda siyahıya alınmış törəmə şirkəti Foxconn Industrial Internet Company isə 10% dəyər itirdi.

Başqa bir araşdırmada isə dünyanın ən böyük reklam şirkətlərindən biri olan WPP-nin bir meneceri və iki əməkdaşının saxlanıldığı bildirilir.

“Nikkei” qəzeti bazar günü Çində Yaponiyanın qiymətli metal ticarəti şirkətinin əməkdaşının saxlanıldığını yazıb. Daha əvvəl də əcnəbi rəhbərlərin həbs olunduğu Çin, ümumiyyətlə, uzun müddətdir ki, istintaqın səbəblərini ictimaiyyətə açıqlamır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)