Noyabrda şagirdlər 16 gün dərsə getməyəcəklər - SƏBƏB
Xəbər verildiyi kimi, Baş nazir Əli Əsədovun imzaladığı qərarla noyabr ayı üçün iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.
Təhsil eksperti Kamran Əsədov noyabrda şagirdlərin neçə gün dərsdən kənarda qalacağını hesablayıb.
“Şagirdlərimiz noyabr ayında demək olar ki, dərsə getməyəcək. Belə ki, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Bundan sonra isə 5 gün payız tətili (16-20 noyabr) olacaq.
5 günlük məktəblərdə təhsil alan şagirdlər 30 günlük noyabr ayında cəmi 14 gün dərsə gedib, 16 gün istirahət edəcəklər.
İtirilmiş dərslərin bərpası (hər fənn üzrə azı 4 paraqraf) müəllimlərə və şagirdlərə əlavə yük olacaq”, - ekspet deyib.