Sülhməramlıların Əsgəran, Ağdərə, Xocavənd və Şuşadakı məntəqələri bağlanıb
Qarabağdakı Rusiya sülhməramlı kontingenti ilə bağlı yeni məlumat açıqlanıb.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib ki, sülhməramlı kontingentin Əsgəran, Ağdərə, Xocavənd və Şuşa rayonlarındakı müvəqqəti müşahidə məntəqələri bağlanıb.
“Yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yol boyu 14, o cümlədən Azərbaycan tərəfi ilə əməkdaşlıq çərçivəsində 8 nəzarət-buraxılış məntəqəsi quraşdırılıb”, – Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.