“Baku Electronics” və “Smartlink” şirkəti birləşir
“Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti “Smartlink” MMC-nin ona qoşulması ilə əlaqədar olaraq yenidən təşkil olunduğunu elan edir.
Məlumata görə, “Baku Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti “Smartlink” MMC-nin hüquq və vəzifələri üzrə hüquqi varisidir.
Xatırladaq ki, “Smartlink” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 50 min manat, qanuni təmsilçisi isə Hikmət Hüseynovdur.