"Banklar haqqında" qanunda bəzi dyişikliklər edilir
"Ödəniş xidmətləri və ödəniş sistemleri haqqında’ qanunla bağlı "Banklar haqqında qanun"da dəyişikliklər edilir. ENA.az xəbər verir ki, "Banklar haqqında qanun"dan 38.3 maddəsi çıxarılır.
Bu maddədə qeyd edilir: Mərkəzi Bank bankların istifadə etdikləri avtomatlaşdırılmış hesablaşma və pul köçürmələri sistemlərinin etibarlığının və təhlükəsizliyinin, bank informasiyasının mühafizəsinin onlar tərəfindən təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.
Bununla yanaşı, bu səlahiyyətlər Azərbaycan Mərkəzi Bankında qalmaqda davam edir. Çünki "Mərkəzi Bank haqqında Qanun"un 48.3.4-cü maddəsində öz əksini tapıb.