Hadisə

Rusiyada iri şirkətlər xarici valyuta satmaq məcburiyyətində qaldılar. Putin fərman verdi

Rusiya hökumətindən verilən açıqlamaya görə, Putin böyük Rusiya ixracat şirkətlərinə toxunan fərman imzalayıb. ENA.az xəbər verir ki, müvafiq olaraq, Rusiyanın 43 ən böyük ixracatçı şirkəti öz valyuta gəlirlərini daxili bazarda satmağa borcludur, bəzi rəsmi qurumlar isə bu şirkətlərin valyuta satış prosesinə nəzarət edəcək.

Bəyanatda Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov bildirib ki, "Bu tədbirlərin əsas məqsədi valyuta bazarının şəffaflığını və proqnozlaşdırıla bilənliyini artırmaq və valyuta spekulyasiyası imkanlarını azaltmaqdır".

Ukrayna müharibəsindən sonra Rusiyadakı şirkətlərə valyuta satmaq öhdəliyi bir müddət sonra ləğv edilib. Lakin rublun dollar qarşısında dəyərini 25 faizdən çox itirməsindən sonra onun yenidən həyata keçirilməsi gündəmə gətirilib.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 12-də verdiyi açıqlamada ixracatçı şirkətlərin valyuta gəlirlərini Rusiyaya "məhdud" şəkildə qaytardığına diqqət çəkərək, "Onlar burada işləməyin daha təhlükəsiz olduğunu başa düşməlidirlər. Əminəm ki, müraciət etdiyim insanlar məni başa düşürlər”, - söyləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)