HI-TECH

Çexiyadan aldığımız smartfonların sayı 1,6 dəfə artıb

2023-cü ilin yanvar-avqust aylarında Çexiyadan Azərbaycana 71,112 min ədəd smartfon idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,6 dəfə çoxdur.

Çexiya Statistika İdarəsinin məlumatına görə, hesabat dövründə Çexiyadan Azərbaycana 57,023 milyon avro dəyərində (artım 1,8 dəfə) smartfon idxal edilib.

Yanvarda Azərbaycana 5,351 milyon avro dəyərində 5,513 min ədəd, fevralda 8,276 milyon avro dəyərində 9,380 min ədəd, martda 8,031 milyon avro dəyərində 10,937 min ədəd, apreldə 5,828 milyon avro dəyərində 7,357 min ədəd, mayda 6,048 milyon avro dəyərində 7,793 min ədəd, iyunda 6,968 milyon avro dəyərində 9,091 min ədəd, iyulda 8,387 milyon avro dəyərində 10,333 min ədəd, avqustda 8,135 milyon avro dəyərində 10,708 min ədəd smartfon idxal edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)