Sənaye

ABŞ Çin və Kanada şirkətlərinə sanksiya tətbiq etdi - SƏBƏB NƏDİR?

ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamaya görə, Çin və Kanadada "fentanil istehsal edib satan və fentanillə qarışdırılmış ksilazin kimi kimyəvi maddələrin qaçaqmalçılığı ilə məşğul olan" 28 şəxs və şirkətə sanksiya tətbiq edilib.

ABŞ Baş prokuroru Merrick Garland mövzu ilə bağlı verdiyi açıqlamada, "Amerikalıların ölümünə səbəb olan bu qlobal fentanil tədarük zəncirinin ümumiyyətlə Çindəki kimya şirkətləri ilə başladığını bilirik", - deyib.

Ədliyyə Nazirliyi həmçinin Çində 8 başqa şirkətə və bu şirkətlərə bağlı 12 nəfərə qarşı "qanunsuz fentanil istehsalı və satışı, opioid adlanan sintetik narkotik növlərinin yayılması" kimi cinayətlərə görə 8 ittiham açılıb.

Qeyd edilib ki, elan edilən ittihamnamələr Çində 13 nəfər və 12 şirkətə, Kanadada isə 1 nəfər və 2 şirkətə "fentanil istehsal edib satdıqları" səbəbilə tətbiq edilən sanksiyalarla əlaqəli olub.

ABŞ-da hər gün 150-dən çox insan fentanildən ölür
Aprelin 5-də Meksika prezidenti Andres Manuel Lopez Obrador çinli həmkarı Xi Jinping-dən ölkəyə Çindən qeyri-qanuni yolla gətirilən fentanil daşımalarının dayandırılması üçün kömək istəyib.

Ədliyyə naziri Qarland ölkədə fentanil qaçaqmalçılığına son qoymaq üçün istehsaldan satışa qədər hər addımı izlədiklərini və bunun üçün təkcə Meksika kartellərinin deyil, materialları tədarük edən Çində yerləşən kimya şirkətlərinin də arxasınca getdiklərini qeyd edib. 

Nazir Qarland iyunun sonunda 4 Çinli şirkət və onların menecerləri də daxil olmaqla 8 Çin vətəndaşının ABŞ-a fentanil istehsalında istifadə edilən kimyəvi maddələrin qeyri-qanuni tədarükü və satışı ilə bağlı 3 ittiham aktı ilə ittiham edildiyini bildirib. Ölkədə ilk dəfə Çin şirkətləri fentanil qaçaqmalçılığı ilə günahlandırıldı.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, ABŞ-da fentanil kimi sintetik dərmanlara görə hər gün 150-dən çox insan ölür.

Sintetik ağrıkəsici kimi istifadə edilən fentanilin morfindən 100 dəfə güclü olduğu və 2 milliqram qəbul edildikdə ölümcül ola biləcəyi bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)