Azərbaycanda pul bazası artdı - HƏCM
Bu ilin doqquz ayının yekunlarına görə, Azərbaycanda pul bazasının həcmi 17 milyard 896,2 milyon manat təşkil edir. ENA.az xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında pul bazası 2,5% artıb.
Belə ki, 2022-ci ilin sonuna Azərbaycanda pul bazası 17 milyard 460,3 milyon manat təşkil edib.
Sentyabr ayında isə Azərbaycanda pul bazası 220,7 milyon manat və ya 1,2% azalıb.