Hesabatlar

Qlobal borc rekorda - 307 trilyon dollara yüksəldi

Qlobal borc həcmi 307 trilyon dollara çatıb. ENA.az xəbər verir ki, Institute of International Finance-a istinadən bu barədə Financial Times yazıb. 

Dövlətlərin, şirkət və ev tısırrüfatlarının birlikdə ümumi borcunun həcmi bu ilin birinci yarısında 10 trilyon dollar artıb. Bu rəqəm isə keçən il qeydə alınan maksimum göstəricilərində yeni zirvə deməkdir. 

Dünyadakı borc həcmi ÜDM-nin 2 faiz bəndi həcmində böyümə göstərib və faizlə ifadədə 336%-dir. Rekord - 360% pandemiya dövründə qeydə alınmışdı. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)