Sosial iqtisadiyyat

İliç lampalı dövlət qurumları

2018-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən istifadə edilən elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin faktiki qiymətlərlə ümumi dəyəri ötən ilin eyni dövrünə  nisbətən 5,6% artaraq 125,3 milyon manat təşkil edib.

"Bİ.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlakın ümumi dəyərinin 66,5%-ni elektrik enerjisi, 14,1%-ni təbii qaz,  8,1%-ni su,  6,7%-ni rabitə xidmətləri, 4,6%-ni isə istilik enerjisi təşkil edib.

 

2018-ci ilin yanvar-iyun aylarında büdcə təşkilatları istifadə etdikləri xidmətlərin ümumi dəyərinin 94%-ni ödəyib və 7,5 milyon manat kreditor borc yaranıbdır.

 

Büdcədən maliyyələşən istehlakçılar müəyyən edilən limitin ümumilikdə  97,1%-dən istifadə edərək, 3,1 milyon manatlıq suya, 2,1 milyon manatlıq təbii qaza və  0,4 milyon manatlıq istilik enerjisinə qənaət ediblər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)