Fransada iPhone 12-lərin satışı qadağan edildi
Fransanın Rəqəmsallaşma və Telekommunikasiyadan Məsul Naziri Jean-Noel Barrot, X sosial media platformasında verdiyi açıqlamada, ABŞ texnologiya nəhəngi Apple bir yeniləmə gətirənə qədər Fransada iPhone 12 model telefonun satışının dayandırıldığını söylədi.
Nazir Barrot, Milli Tezlik Agentliyindən (ANFR) sözügedən qadağaya əməl etmək üçün bütün zabitlərini səfərbər etməyi xahiş etdiyini bildirdi.
Elektron cihazların insanlara yaydığı elektromaqnit dalğalarının miqdarına nəzarət edən ANFR-nin verdiyi açıqlamaya görə, 141 telefon modeli üzərində edilən nəzarətlərdə iPhone 12-lərin Avropada icazə verilən radiasiya miqdarını keçdiyi müəyyən edilib.
Avropada telefon cibdə və ya əlində tutulduqda radiasiya miqdarının 4W/kq olması tələb olunur. ANFR, iPhone 12 model telefonda bu məbləğin 5,74 Vt/kq olduğunu ortaya qoydu.