Hadisə

Azərbaycana 10 ton dərman preparatı keçirmək istədilər - FOTO-VİDEO

Bakı Baş Gömrük İdarəsi tərəfindən külli miqdarda dərman preparatları müsadirə edilib.

Bu barədə "BI"yə Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Belə ki, “City Farm” MMC-nin ünvanına 99LC081/99ZC081 nömrə nişanlı nəqliyyat vasitəsində daxil olan 10 000 kq, 12500 ABŞ dolları dəyərində “Yodex S Povidon” adlı dərman preparatları Bakı Baş Gömrük idarəsinin əməkdaşları tərəfindən normativ sənədlərə uyğun olmadığı üçün saxlanılıb.

Məlum olub ki, Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” MMC-nin verdiyi məktubu (sənədi) etibarnamə əsasında həmin şirkətin gömrük işlərini həyata keçirən Həsənov Pərviz Telman oğlu saxtalaşdırıb və  yenidən Bakı Baş Gömrük İdarəsinə təqdim edib.

Məktubun (sənədin) saxtalaşdırılması ilə bağlı toplanılan sənədlər Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib.

Azərbaycan Respublikasının vətəndaşı Həsənov Pərviz Telman oğluna Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə cinayət işi başlanıb və həmin maddə ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

 

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department