Azərbaycan Qırğızıstanda 17 hektar ərazidə 5 ulduzlu otel tikəcək
Qırğızıstan 5 ulduzlu hotel tikintisi üçün İssık-Kul adasında 17 hektar ərazini Azərbaycan şirkətinə verəcək.
Bişkek infrastruktur yaradacaq və hoteli 10 il müddətinə vergilərdən azad edəcək. Azərbaycanlı investor isə 3 il ərzində kompleksi tikəcək və işçilərin 70%-i yerli sakinlərdən ibarət olacaq.
İkitərəfli müqavilə 49 il müddətinə qüvvədə olacaq və gələcəkdə uzadıla bilər.
Xatırladaq ki, Azərbaycan şirkəti Qırğızıstanda 5 ulduzlu hotel tikəcək. Azərbaycan və Qırğızıstan prezidentləri səviyyəsində müvafiq razılıq əldə olunub.